Leqal.info xəbər verir ki, bunu Fransanın XİN rəhbəri Ketrin Kolonna İrəvanda erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi görüşdən sonra təşkil edilən mətbuat konfransı zamanı söyləyib.
“Hesab edirik ki, əldə olunan bu müvəffəqiyyəti möhkəmləndirməli və prosesi davam etdirməliyik”, - Kolonna bildirib.
Fransalı nazir qeyd edib ki, sərhədin delimitasiyası üzrə aparılan işlər Ermənistan və Azərbaycan arasında Praqada əldə olunmuş razılaşmaları möhkəmləndirməyə imkan verəcək.
Onun sözlərinə əsasən, hər kəs qəbul edir ki, sülhə müvəffəq olmaq mürəkkəb və bəzən çox uzun bir prosesdir, lakin bu, uzunmüddətli və sabit sülhə nail olmağa, hər iki ölkə xalqları üçün geniş perspektivlər açmağa imkan verəcək yeganə üsuldur.
Elvin Mahmudlu
Leqal.info