Leqal.info xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı missiyasının rəhbəri Cəfər Hüseynzadə "Twitter" paylaşımında bildirib.
O qeyd edib ki, Azərbaycan dövlət başçısının köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müttəfiq ölkələrlə NATO-Azərbaycan tərəfdaşlığının hazırkı statusu və perspektivlərinə, Azərbaycanın kommunikasiya və enerji təhlükəsizliyində roluna, eləcə də Ermənistan-Azərbaycan əlaqələrinin normallaşması prosesinə dair məhsuldar fikir mübadiləsi aparıb.
Leyla Kamil
Leqal.info