"Səsvermə prosesi Allaha şükür demokratiyamıza yaraşan şəkildə tamamlandı”.

Leqal.info xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib ƏrdoğanTwitter "Twitter" də bildirib.

O qeyd edib ki, indi, hər zaman olduğu kimi, seçki qutularından möhkəm yapışmağın vaxtıdır: “Nəticələr qəti olana qədər millətimizin iradəsini qorumağa davam edirik!.."

Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkilərində səsvermə başa çatıb. Hazırda ölkədəki seçki məntəqələrində səslərin sayılmasına başlanılır. İlkin nəticələrin yaxın saatlarda açıqlanacağı gözlənilir.

Leqal.info