Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Leqal.info xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri, möhtərəm cənab Prezident!

İcazə verin, Sizi və Sizin simanızda bütün Azərbaycan xalqını müasir Azərbaycanın taleyini müəyyənləşdirmiş, 1993-cü ildən 2003-cü ilədək respublikanın Prezidenti olmuş Ümummilli Lider Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyi münasibətilə səmimi-qəlbdən təbrik edim.

Heydər Əliyevin şəxsiyyətinin və həyat fəaliyyətinin dəyərini təyin etmək mümkün deyil. O, Azərbaycanı bütün dünyada hörmət edilən, çiçəklənən, gələcəyə yönələn dövlətə çevirməyi bacardı. Mənə Heydər Əliyevlə bir neçə dəfə görüşmək nəsib olmuşdur. Həqiqətən dünya səviyyəli bu siyasi xadimin müdrikliyinə, yüksək intellektinə və uzaqgörənliyinə hər zaman heyran qalmışam.

Mən çox şadam ki, Siz Heydər Əliyevdən miras qalan dəyərləri daha da artıra bildiniz. O, Sizinlə qürur duyurdu.

Bir daha Sizi Heydər Əliyevin 100 illiyi münasibətilə təbrik edirəm, Sizə və bütün Azərbaycan xalqına rifah, tərəqqi arzulayıram”.

Leqal.info