Türkiyə Prezident seçkilərində “ATA” ittifaqının namizədi Sinan Oğan ikinci tura qalan namizədlərdən birini dəstəkləməsi üçün şərtlərini açıqlayıb.

Leqal.info xəbər verir ki, bu barədə, o, “Az önce konuştum” adlı verilişdə danışıb.

S. Oğan, onun tərəfdarlarının namizədlərdən birini dəstəkləməsi üçün təməl şərtlərinin qarşılanmasının vacib olduğunu qeyd edib. Bunlar arasında terrorla mübarizə, milliyətçiliyə sadiqlik və suriyalı miqrantların geri göndərilməsi kimi məsələlər var.

Həmçinin siyasətçi dəstəkləyəcəyi namizədin seçkiləri qazandığı təqdirdə hökumətdə yer ala biləcəyini də vurğulayıb.

Leyla Kamil
Leqal.info