Leqal.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə əsasən, Qərbin Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması ilə bağlı üçtərəfli razılaşmaları qeyd etməmələrinin səbəbi bu sülh təşəbbüsünün Rusiya tərəfindən işlənib hazırlanmasıdır: “Məhz bu, onlarda qıcıq doğurur ki, sülh təşəbbüsü Rusiyanın iştirakı ilə işlənib hazırlanıb və həyata keçirilir, praktiki nəticələr verir”.
Zaxarova Qərbin Azərbaycan və Ermənistan arasında vasitəçiliyini destruktiv adlandırıb: “Qərbin dediyi kimi keçirilən görüşlərdə müsbət irəliləyiş barədə konstruktiv və real nəticələr olmayıb. Yəni, nə gəldi demək mümkündür, ancaq praktikada bu reallaşmır. Bu, o demək deyil ki, konstruktiv nəticələrə gətirib çıxaracaq addımları biz layiqli şəkildə qiymətləndirmirik. Biz hər zaman nizamlanmaya doğru hansısa düzgün gedişlər olanda müsbət tendensiyanı qeyd edirik. Bu istiqamətdə müvafiq nəticələr olacaqsa, o zaman mütləq yüksək qiymətləndirəcəyik. Hələ ki, qiymətləndirməyə heç nə yoxdur. Hələ ki, biz gündəliyə müdaxilə etmək arzusunu, Qərb tərəfindən hansısa nəticələri özünküləşdirmək hallarını, qısqanclığı görürük”, - deyə Rusiya XİN rəsmisi diqqətə çatdırıb.
Elvin Mahmudlu
Leqal.info