İsveç terror qruplaşmalarının Stokholm küçələrində sərbəst gəzməsinə icazə verməyə davam etdikcə, Türkiyə onun NATO-ya üzvlüyünə müsbət baxa bilməz.

Leqal.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CNN-ə müsahibəsində bildirib.

“Hazırda İsveçlə bağlı hazır deyilik. Çünki bir NATO ölkəsi terrorla mübarizədə güclü mövqe tutmalıdır”, - Ərdoğan vurğulayıb.

Leyla Kamil
Leqal.info