Leqal.info xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.
“Vicdanım məni bu çətin məqamda qayıtmağa məcbur edir. Mənə mayın 23-də Nazirlər Şurasının iclasını daha yaxşı hazırlamaq üçün vaxt lazımdır. Bu iclasda zərər çəkmiş ərazilərə dəstək üçün tədbirlər görüləcək”, - Meloni bildirib.
Qeyd edək ki, İtaliyanın Emiliya-Romanya regionunda leysandan sonra bir anda 23 çay məcrasından çıxıb, 280 sürüşmə baş verib. 41 şəhər su altında qalıb.
Leqal.info