NATO Baş katibi Yens Stoltenberq və ABŞ dövlət katibi Entoni Blinken arasında görüş baş tutub.

Leqal.info xəbər verir ki, görüş Osloda keçirilən NATO XİN başçılarının qeyri-formal iclası çərçivəsində olub.

Görüşdə NATO-nun Vilnüs Sammitinə hazırlıq, müttəfiqlərin Ukraynaya dəstəyinin davam etdirilməsi və İsveçin üzvlük prosesinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Leyla Kamil
Leqal.info