Leqal.info “Reuters“ə istinadən xəbər verir ki, ABŞ Hərbi Dəniz Donanması insidentin görüntülərini paylaşıb. Məlumatda Çin hərbi gəmisinin manevri “təhlükəli müdaxilə” kimi qiymətləndirilib.
ABŞ Ordusunun məlumatına əsasən, insident ABŞ-ın “USS Chung-Hoon” destroyeri Kanadaya məxsus “HSMC Montreal” freqatı ilə birlikdə Tayvan boğazında müntəzəm istiqamətdə üzərkən baş verib. Bildirilib ki, Çin gəmisi ABŞ-ın “USS Chung-Hoon” destroyerinin 137 metr yaxınlığına gələrək onun qarşısından keçib.
Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Vanq Venbin Çin ordusunun müdaxiləsinin tamamilə legitim, peşəkar və təhlükəsiz olduğunu bildirib. O, ABŞ-ın təxribata ilk başladığını və Çinin bu məsələ ilə qanunlara uyğun şəkildə məşğul olduğunu söyləyib.
Tayvanın müdafiə naziri isə Çinin ABŞ və Kanada gəmilərinə müdaxiləsini təxribat adlandırıb.
Elvin Mahmudlu
Leqal.info