Leqal.info xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan "Armenpress"ə bildirib.
Onun sözlərinə əsasən, danışıqların növbəti mərhələsinin ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilməsi planlaşdırılır.
XİN rəsmisi qeyd edib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında danışıqlar iyunun 12-nə planlaşdırılıb.
“Digər detalları əlavə olaraq bildirəcəyik”, - XİN nümayəndəsi diqqətə çatdırıb.
Leqal.info