Aşqabadda Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla Macarıstanın Baş naziri Viktor Orban arasında görüş keçirilib.

Leqal.info xəbər verir ki, bu barədə “Türkmənistan: Qızıl əsr” dövlət nəşri məlumat yayıb.

Bildirilib ki, məhdud tərkibdə keçirilən görüşdə tərəflər arasında qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli münasibətlərin intensivləşdirilməsi məsələləri müzakirə olunub.

Daha sonra isə danışıqlar hər iki ölkənin hökumət nümayəndə heyətlərinin üzvlərinin iştirakı ilə geniş tərkibdə davam etdiriləcək.

Ölkə liderləri enerji, nəqliyyat, əczaçılıq, tekstil sənayesi, investisiya qoyuluşu, kənd təsərrüfatı və su təsərrüfatı sahələrinə xüsusi diqqət yetiriblər.

Ən yüksək səviyyədə keçirilən Türkmənistan-Macarıstan danışıqlarının nəticələrinə görə ikitərəfli sənədlər paketinin imzalanması planlaşdırılır.

Leyla Kamil
Leqal.info