Yaponiya hökuməti Ukraynadakı Kaxovka Su Elektrik Stansiyasının (SES) dağıdılması nəticəsində zərər çəkənlərə yardım üçün 5 milyon dollar vəsait göndərəcək.

Leqal.info xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib.

Matsuno Yaponiyanın Baş naziri Fumio Kişida ilə bu gün Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olduğunu və Tokionun Kaxovka SES-in dağıdılması nəticəsində zərər çəkənlərə yardım üçün Ukrayna tərəfinə beynəlxalq təşkilatlar vasitəsilə 5 milyon dollar yardım edəcəyini bildirib.

Leyla Kamil
Leqal.info