Əgər İran qarşısına məqsəd qoysa, Qərb Tehranın nüvə silahına sahib olmasına mane ola bilməz.

Leqal.info İRNA agentliyinə istinadən xəbər verir ki, bunu İran Ali Lideri Əli Xamenei ölkənin atom sənayesinin nümayəndələri ilə görüşdə bildirib.

Əli Xamenei söyləyib ki, 20 il ərzində düşmənlər (Qərb dövlətləri) İranın atom sənayesinin inkişafına maneələr yaradıblar və bunu nüvə silahı bəhanəsi altında ediblər: “Onlar bilirlər ki, biz nüvə silahına can atmırıq. Əgər bu belə olmasaydı, onlar bizi dayandıra bilməzdilər”.

Leqal.info