Leqal.info xəbər verir ki, bu barədə Peter Mixalko “Twitter”-də paylaşım edib.
“Ukraynaya növbəti humanitar yardım göndərən Azərbaycana dərin təşəkkür və minnətdarlığımızı ifadə edirik! Bu, dəhşətli cinayətin - Kaxovka bəndinin dağıdılmasının nəticələrini aradan qaldırmağa kömək edir”, - deyə Peter Mixalko yazıb.
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri təcavüzkarların cavab verəcəyini, mülki infrastrukturun məhv edilməsinin müharibə cinayəti olduğunu bildirib.
Leqal.info