Azərbaycan Xarici İşlər Nazirliyi Uqandadakı terror aktını qınayıb.

Leqal.info xəbər verir ki, bu barədə XİN-in “Tvitter” səhifəsində paylaşım yer alıb.

“Uqandada məktəbə terror hücumunu şiddətlə qınayırıq. Tələbələrin həyatını itirməsindən dərin kədər hissi keçirir, həlak olanların ailələrinə başsağlığı verir və yaralananlara tezliklə şəfa diləyirik”.

Leqal.info