Ukraynanın birinci xanımı Olena Zelenska İsrailə səfər edib.

Leqal.info xəbər verir ki, bu barədə Olena Zelenskanın "Twitter" hesabında paylaşım edilib.

"İsrailə işgüzar səfərim Prezident İsxak Hersoq və xanım Mişal Hersoqla görüşlə başladı. İsrailin birinci xanımı ilə bir sıra psixi sağlamlıq layihələri üzərində işlədiyimiz üçün gərgin iş qrafikimiz var. Səmimi qəbula və iki ölkə arasında əməkdaşlığımızı gücləndirmək imkanına görə təşəkkür edirəm", - Ukraynanın birinci xanımı yazıb.

Elvin Mahmudlu
Leqal.info