Afrika liderləri ilə danışıqlar səmimi olub.

Leqal.info xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba yerli “Rada” televiziya kanalına müsahibəsində söyləyib.

XİN başçısı qeyd edib ki, rəsmi Kiyev hər kəslə açıq danışacaq, lakin öz maraqları ön sırada yer alacaq.

Kulebanın sözlərinə əsasən, Ukrayna münaqişəsinin sülh yolu ilə həlli planını təqdim etmək üçün Kiyevə səfər edən Afrika ölkələrinin rəhbərləri ilə Prezident Vladimir Zelenski arasında danışıqlar səmimi olub.

Kuleba missiyanın rolunu misilsiz adlandırıb və Afrika liderlərinin səfərini yüksək qiymətləndirib: “Afrikalılar vəziyyəti daha yaxşı başa düşərək Kiyevi tərk etdilər. Hesab edirəm ki, onların məsələlərə baxışı və bir sıra mövqeləri də dəyişib”.

Qeyd edək ki, bir sıra Afrika ölkələri dövlət və hökumət başçılarından ibarət nümayəndə heyəti 16 iyunda Kiyevə səfər edib və Ukrayna dövlət başçısı Vladimir Zelenski ilə danışıqlar aparıb.

Ertəsi gün nümayəndə heyətini Rusiyanın Sankt-Peterburq şəhərində Prezident Vladimir Putin qəbul edib.

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafoza nümayəndə heyəti adından Ukraynada sülh prosesinin əsasını qoya biləcək 10 prinsipdən ibarət planı açıqlayıb.

Elvin Mahmudlu
Leqal.info