Qərb KTMT-yə təhdid kimi baxır və onun sıralarını parçalamağa çalışır.

Leqal.info xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov KTMT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edən nümayəndə heyətləri rəhbərlərinin Aleksandr Lukaşenko ilə görüşündən sonra bildirib.

“Qeyd etdik ki, bu təşkilat, BRİCS, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı Qərb tərəfindən onun beynəlxalq arenada hökmranlığına təhdid kimi, Qərbin təhlükə gördüyü gələcək çoxqütblü dünya nizamının formalaşmaqda olan mərkəzlər kimi qəbul edilir" , - deyə Lavrov qeyd edib.

Elvin Mahmudlu
Leqal.info