Vaşinqtonda bu gün Türkiyə-ABŞ siyasi məsləhətləşmələri aparılacaq.

Leqal.info xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Türkiyə xarici işlər nazirinin müavini Burak Akçaparın rəhbərlik etdiyi nümayəndə heyətinin bu gün Vaşinqtonda ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müşaviri Viktoriya Nuland və yüksək rütbəli ABŞ rəsmiləri ilə Türkiyə-ABŞ Birgə Strateji Mexanizmi çərçivəsində məsləhətləşmələr aparacağı məlumatda qeyd olunub.

Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlər, həmçinin regional məsələlər və beynəlxalq aləmdə baş verən hadisələrin də müzakirə ediləcəyi gözlənilir.

Leyla Kamil
Leqal.info