Leqal.info xəbər verir ki, bu barədə məlumat Senatın rəsmi saytında dərc olunub.
Sazişdə qeyd olunub ki, Özbəkistan-Qazaxıstan dövlət sərhədinin müəyyənləşdirilməsi üzrə aparılan işlər tam yekunlaşıb, bununla da sərhəd təhlükəsizliyinin və toxunulmazlığının təmin edilməsi üçün ən vacib ilkin şərtlər yaradılıb.
“Özbəkistan ilə Qazaxıstan arasında “Özbəkistan-Qazaxıstan dövlət sərhədinin demarkasiyası haqqında Müqavilənin ratifikasiyası haqqında” qanun senatorlar tərəfindən təsdiq edilib”, - deyə məlumatda bildirilib.
Eyni zamanda qeyd olunub ki, Qazaxıstanla dövlət sərhədinin demarkasiyası ilə bağlı Sazişi keçən ilin 21 dekabrında Özbəkistan Şavkat Mirziyoyev və Qazaxıstan dövlət başçısı Kasım-Jomart Tokayev imzalayıblar.
“Son illər iki ölkə arasında siyasi, ticarət-iqtisadi, mədəni-humanitar və başqa sahələrdə əməkdaşlığın yeni dövrü başlayıb”, - deyə Senatın məlumatında qeyd olunub.
Elvin Mahmudlu
Leqal.info