Rusiyada silahlı qiyama cəhd fonunda Belarus ordusu tam döyüş hazırlığına gətirilib.

Leqal.info xəbər verir ki, bu barədə Belarus lideri Aleksandr Lukaşenko bu gün general rütbələrinin təqdimat mərasimində çıxışında bildirib.

O qeyd edib ki, Rusiyada baş verən hadisələr fonunda ordunun tam döyüş hazırlığına gətirilməsi barədə əmr verib.

"Mən ordunun tam döyüş hazırlığına gətirilməsi üçün bütün əmrləri verdim" -deyə Belarus Prezidenti vurğulayıb.

Qeyd edək ki, Rusiya lideri Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenkoya qiyamın nizamlanmasına verdiyi töhfəyə görə minnətdarlığını bildirib.

Elvin Mahmudlu
Leqal.info