ABŞ-da Azərbaycan, Ermənistan xarici işlər nazirləri və ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə üçtərəfli görüş başlayıb.

Leqal.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “Twitter“də məlumat yayıb.

Görüşün ABŞ Dövlət katibi Entoni Blinkenin təşkilatçılığı ilə Virciniya ştatının Arlinqton şəhərində, Corc P. Shultz Milli Xarici Əlaqələr Tədris Mərkəzində baş tutduğu bildirilib.

Qeyd edək ki, Entoni Blinken bu gün Azərbaycan XİN başçısı Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla ikitərəfli görüşlər keçirib.

Leyla Kamil
Leqal.info