Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin Prezidenti Mahmud Abbasla telefon danışığı aparıb.

Leqal.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Danışıq zamanı Ərdoğan Qurban bayramının bütün Fələstin xalqı və İslam Dünyası üçün xeyirli olmasını arzulayıb.

Prezident Rəcəb Tayyib Ərdoğan İordan çayının qərb sahilində baş verən son hadisələrdə həlak olanlara Allahdan rəhmət, ailələrinə səbr diləyib.

Bundan başqa, Türkiyə dövlət başçısı Türkiyənin Əl-Əqsa məscidinin statusuna xələl gətirə biləcək addımlara qarşı olacağını və Fələstin xalqının davasına dəstəyini davam etdirəcəyini diqqətə çatdırıb.

Leyla Kamil
Leqal.info