ABŞ dövlət katibi Entoni Blinken hazırda İranla yeni nüvə sazişinin müzakirə olunmadığnı bildirib.

Leqal.info AFP-yə istinadən xəbər verir ki, bu barədə dövlət katibi Blinken Nyu-Yorkda Xarici Əlaqələr Şurasında çıxışı zamanı bildirib.

"Biz Diplomatik yolları araşdırmaqda istəkli olmağa davam etsək də, hələlik heç bir razılaşma yoxdur", - deyə o vurğulayıb.

Blinken İranla gələcək münasibətlərin İran hökumətinin gələcək addımlarına görə müəyyən olunacağını bildirib. Bundan başqa, ABŞ dövlət katibi İranı Yaxın Şərqdə "gərginliyi daha da artıracaq addımlar atmamağa" çağırıb.

Leyla Kamil
Leqal.info