ABŞ Prezidenti Cozef Bayden Vilnüsdə NATO sammitində iştirak edəcək.

Leqal.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, sammit iyulun 11-i və 12-də olacaq.

Sammitdən öncə iyulun 9-u və 10-da Bayden Londona səfər edəcək və burada Kral III Çarlz və Böyük Britaniyanın Baş naziri Rişi Sunakla görüşəcək.

Leyla Kamil
Leqal.info