Ukraynanın yaxın gələcəkdə NATO-ya üzv olacağı ilə bağlı bizə “yaşıl işıq” lazımdır.

Leqal.info xəbər verir ki, bunu Ukrayna Prezident Administrasiyasının rəhbərinin müşaviri Mixail Podolyak "Twitter"də bildirib.

O qeyd edib ki, bu il Vilnüsdə keçiriləcək NATO sammiti məşhur Buxarest sammitindən bəri indiyə kimi keçirilən bütün zirvə toplantılarından daha vacibdir.

“Alyansın siyasi liderləri bu gün planet qarşısındakı qlobal və tarixi məsuliyyətlərini və indi onları diqqətlə izləyənlərin sayını başa düşmürəm. Alyans Vilnüsdə bütün müttəfiqləri ruhlandıracaq və pis niyyətliləri ayıldacaq polad iradə, aydın birlik və mətanət nümayiş etdirməlidir. Buna parlaq çıxışlarla deyil, ancaq konkret qərarlarla müvəffəq olmaq olar: bizim üçün Ukraynanın yaxın gələcəkdə NATO-ya daxil olması üçün aydın “yaşıl işıq” yandırılmalıdır və Ukrayna müdafiəçilərinə hərbi dəstəyi gücləndirmək üçün konkret genişmiqyaslı qərarlar lazımdır”, - Podolyak vurğulayıb.

Elvin Mahmudlu
Leqal.info