Ukrayna xarici işlər naziri Dmitri Kuleba və Fransa xarici işlər nazir Katerin Kolonna arasında telefon danışığı baş tutub.

Leqal.info xəbər verir ki, bu barədə ukraynalı nazir "Twitter" hesabında yazıb.

"Bu gün Fransa xarici işlər naziri xanım Kolonna ilə telefon söhbətimdə Ukraynanın NATO-ya üzvlük perspektivi diqqət mərkəzində oldu. Mən Fransaya Ukraynaya göstərdiyi sarsılmaz dəstəyə görə təşəkkür edirəm. Vilnüs sammitinin, xüsusilə, Ukraynanın NATO-da layiqli yeri mövzusunda güc nümayiş etdirməli olduğunu vurğuladım”, - Kuleba bildirib.

Elvin Mahmudlu
Leqal.info