Almaniya müdafiə naziri Boris Pistorius Türkiyəni İsveçin NATO-ya üzvlüyünə icazə verməyə çağırıb.

Leqal.info CNN-ə istinadən xəbər verir ki, Boris Pistorius polşalı həmkarı Mariuş Blaszak ilə birgə mətbuat konfransında Türkiyənin bu müqavimətə son verməsinin vacib olduğunu söyləyib.

“Biz Ukraynadakı müharibə ilə bağlı yeni təhlükəsizlik vəziyyəti ilə üzləşirik. Təhlükəsizlik vəziyyəti bizi çəkindiricilik və müdafiə qabiliyyəti ilə əlaqədar danışmağa məcbur edir və İsveçin tezliklə NATO-ya üzv olması, Türkiyənin müqavimətindən əl çəkməsi vacibdir”, - Pistorius bildirib.

Leyla Kamil
Leqal.info