Leqal.info xəbər verir ki, bu barədə partiyanın sədri İrakli Kobaxidze keçirdiyi brifinqdə söyləyib. Kovaxidze bildirib ki, Ukrayna hökumətinin bəzi yüksək rütbəli rəsmiləri Saakaşvilinin Gürcüstana göndərilməsində iştirak etdiklərini etiraf ediblər və bu gün eyni hökumət onun Ukraynaya qaytarılmasını tələb edir.
Kobaxidze Ukrayna müharibədə olduğu üçün məsələnin dərinliyinə getmək istəmədiyini və Gürcüstan hökumətinin Ukrayna ilə birtərəfli dostluq münasibətlərini saxlamaq niyyətində olduğunu vurğulayıb.
Elvin Mahmudlu
Leqal.info