NATO Baş katibi Yens Stoltenberq və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.

Leqal.info xəbər verir ki, bu barədə Baş katib Stoltenberq "Twitter"də yazıb.

"Prezident Zelenski ilə Ukraynadakı son hadisələr və NATO Sammitinə hazırlıqlarımız haqqında çox yaxşı söhbətimiz oldu. Vilnüsdə müttəfiqlər uzunmüddətli dəstəyi artırmaq, siyasi münasibətlərimizi təkmilləşdirmək və Ukraynanı NATO-ya daha da yaxınlaşdırmaq üçün qərarlar qəbul edəcəklər", - Stoltenberq qeyd edib.

Leyla Kamil
Leqal.info