“Qoşulmama Hərəkatı rasizmə, dekolonializmə qarşı mübarizədə çox səmərəli olub. Bu, mübahisələrin sülh yolu ilə həllini, daha yaxşı qlobal nizamı təşviq edir. Türkiyə də QH-nin prinsiplərini təşviq edir, dəstəkləyir”.

Leqal.info xəbər verir ki, bunu Bakıda keçirilən Qoşulmama Hərəkatının (QH) Koordinasiya Bürosunun nazirlər toplantısında Türkiyə xarici işlər naziri Hakan Fidan söyləyib.

Hakan Fidan çıxışında QH-ya çətin zamanda uğurlu sədrliyinə görə Azərbaycanı təbrik edib, habelə Uqandaya gələcək sədrlikdə uğurlar arzulayıb.

"Qlobal qeyri-bərabərsizlikdən danışarkən Fələstində baş verənləri unutmamalıyıq. İsrail tərəfindən provokasiyalar qəbulolunmaz səviyyədədir. QH-nin bu məsələdə həssas olduğunu bilirik, Fələstinin suveren müstəqil ölkə kimi mövcudluğu Yaxın Şərqdə sülh üçün tək yoldur”, - Hakan Fidan vurğulayıb.

Türkiyə XİN başçısı Avropanın bəzi ölkələrində İslamafobiyanın artdığını və bu istiqamətdə birgə işləmək lazım olduğunu vurğulayıb.

Leyla Kamil
Leqal.info