Rusiya xarici işlər nazirinin müavini Sergey Verşininlə Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapar arasında telefon danışığı baş tutub.

Leqal.info Rusiya XİN-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı "taxıl sazişi" müzakirə edilib.

Sergey Verşinin sazişin sırf kommersiya xarakteri daşıdığını, Afrikaya yardımın humanitar məqsədlərindən uzaq olduğunu deyib.

"Nazir müavinləri 22 iyul 2022-ci il tarixli İstanbul "paket" sazişlərinin həyata keçirilməsinin təmin edilməsi məsələləri ətrafında ətraflı fikir mübadiləsi aparıblar. Rusiya tərəfi "Qara dəniz təşəbbüsü"nün sırf kommersiya xarakterli olması ilə bağlı fundamental qiymətləndirmələri təsdiqləyib. Ukrayna ərzaq məhsullarının ixracının ehtiyacı olan Afrika, Asiya və Latın Amerikasınölkələrinə kömək etmək kimi elan edilmiş humanitar məqsədlərdən uzaq olduğunu deyib”, - deyə Rusiya XİN-nin yaydığı məlumatda əksini tapıb.

Elvin Mahmudlu
Leqal.info