Türkiyə Ukraynanın təklif etdiyi “Sülh layihəsində” liderlik etməyə hazırdır.

Leqal.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransı zamanı bildirib.

O vurğulayıb ki, Türkiyə dövlət başçısı ilə Rusiyanın Ukraynanın şərqində işğal etdiyi ərazilər və Krımdakı məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Bundan başqa, Zelenski Türkiyə tərəfinə Ukrayna taxılının dəhliz vasitəsi ilə ehtiyacı olan ölkələrə göndərilməsində dəstəyinə görə təşəkkür edib.

“Ancaq Rusiya gəmilərin hərəkətinə maneə olur. Rusiya Qara dənizdə özünü tək sahib hesap edir. Bizim Türkiyə ilə əməkdaşlığımız bir çox sahələrdə həyata keçirilir. Vacib olan birlikdə aclıq və sosial xaosun qarşısını almaqdır”.

Leyla Kamil
Leqal.info