NATO-ya üzv dövlətlər alyansın Vilnüsdə keçiriləcək sammitində Ukraynanın hərbi-siyasi bloka daxil olması perspektivləri ilə bağlı vahid mövqedən çıxış edəcəklər.

Leqal.info xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq “Sky News” telekanalına müsahibəsində söyləyib.

"Bu, asan deyil, çünki bir çox müttəfiqlərin fərqli yanaşmaları və baxışları var. NATO-nun gücü ondan ibarətdir ki, biz həmişə bir mövqe ətrafında toplaşa bilirik”, - Stoltenberq bildirib.

Stoltenberqin sözlərinə əsasən, o, tam əmindir ki, alyans üzvləri Ukraynanın NATO-ya daxil olması perspektivləri ilə bağlı hər kəs üçün münasib yol tapacaqlar.

Leyla Kamil
Leqal.info