Azərbaycanın paytaxtı Bakıda keçirilən bir neçə mühüm görüşdən sonra uğurlu gün başa çatdı.

Leqal.info xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant "Twitter" səhifəsində yazıb.

"Prezident, müdafiə naziri və sərhəd xidmətinin rəisi ilə görüşlərimdə biz ölkələrimiz arasında müxtəlif sahələrdə, xüsusilə, təhlükəsizlik sahəsində əlaqələrin möhkəmləndirilməsi ilə bağlı ümumi istəyimizi müzakirə etdik. Biz birlikdə ölkələrimizin təhlükəsizliyi və regional sabitlik naminə əməkdaşlığımızı və isti münasibətlərimizi gücləndirməyə davam edəcəyik", - deyə nazir qeyd edib.

Leyla Kamil
Leqal.info