Hazırda Ukraynadakı vəziyyət, tammiqyaslı müharibənin olması bu ölkənin NATO-ya üzv olmasını qeyri-mümkün edir.

Leqal.info xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq NPR-a müsahibəsində bildirib.

"NATO Ukraynanı dəstəklədiyi üçün biz onlara özünü müdafiə etməyə kömək edirik, amma NATO münaqişədə birbaşa iştirak etmir. NATO "biri hamı üçün, hamı biri üçün" ideyasına əsaslandığı üçün... Biz Ukraynanı üzv etmək üçün elə bir yol tapmalıyıq ki, bu da Rusiya ilə NATO arasında genişmiqyaslı münaqişəyə səbəb olmasın”, - Stoltenberq vurğulayıb.

NATO Baş katibi Avro-Atlantika ailəsinin Ukraynaya verdiyi dəstəyi də diqqətə çatdırıb: "ABŞ liderlik nümayiş etdirdi, döyüş sursatları və qabaqcıl silah sistemləri ilə misilsiz səviyyədə dəstək göstərdi. Avropalı müttəfiqlər də müdafiə xərclərini artırıblar - bu il rekord sayda və Ukraynaya daha çox dəstək ayırırlar. Beləliklə, bütün dollarlarımız Ukraynanı dəstəkləyir".

Leyla Kamil
Leqal.info