Leqal.info “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiya silahlı qüvvələrinin Yapon dənizi sularında təşkil ediləcək "Şimal Qarşılıqlı fəaliyyət-2023" adlı hərbi təlimlərdə iştirak edəcəyi bildirilib.
“Təlimin mövzusunun “strateji dəniz yollarının təhlükəsizliyinin təmin edilməsi” olacağı planlaşdırılır. Manevrlərin məqsədi Çin və Rusiya silahlı qüvvələri arasında strateji qarşılıqlı fəaliyyət səviyyəsini artırmaq olacaq”, - nazirliyin məlumatında qeyd olunub.
Elvin Mahmudlu
Leqal.info