Leqal.info xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal məlumat verib.
Baş nazirin sözlərinə əsasən, ilin başlanğıcından keçən 6 ay ərzində xərclər büdcə daxilolmalarını təxminən 13 milyard dollar üstələyib.
"İlin əvvəlindən büdcə kəsirinin maliyyələşdirilməsi üçün bizə 23 milyard dollardan çox vəsait ayıran beynəlxalq tərəfdaşlarımıza minnətdarıq", - o, "Facebook" dakı səhifəsində yazıb.
Baş nazir ilin əvvəlindən keçən 6 ayda xərclərin büdcə gəlirlərini təxminən 13 milyard dollar üstələdiyini bildirib. Onun sözlərinə görə, xərclərdə ilk olaraq hərbi sektor qalır, siyahıda ikinci olaraq isə sosial proqramlar yer tutub.
Leyla Kamil
Leqal.info