Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaarın mandatı uzadılıb.

Leqal.info xəbər verir ki, bu barədə bu gün Aİ Şurası qərar qəbul edib.

Klaarın mandatı daha bir il, 2024-cü il avqustun 31-ə kimi uzadılıb.

Toivo Klaar 2017-ci il noyabrın 13-də Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə Aİ-nin Xüsusi Nümayəndəsi təyin edilib. Onun vəzifəsi regiondakı münaqişələrin sülh yolu ilə həllinə töhfə vermək, eyni zamanda Ermənistan, Azərbaycan və Gürcüstan və müvafiq olaraq bu qonşu ölkələr arasında regional əməkdaşlığı təşviq etməkdir.

Leyla Kamil
Leqal.info