İkinci Dünya müharibəsindən sonra Polşanın müstəqilliyi əsasən SSRİ-nin sayəsində bərpa edilib.

Leqal.info xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirdiyi müşavirədə söyləyib.

Putin indiki Polşanın qərb ərazilərini “Stalinin polşalılara hədiyyəsi” adlandırıb.

Onun sözlərinə əsasən, Polşa-Litva-Ukrayna hərbi birliyinin Ukraynanın sonrakı işğalı üçün istifadə edilməsi planlaşdırılır.

“Polşa liderləri, görünür, NATO çətiri altında koalisiya qurmağı, Ukraynadakı münaqişəyə müdaxilə etməyi və daha yağlı bir parça qoparmağa ümid edirlər. Polşa Belarusun da torpaqlarının bir hissəsini almaq istəyir”, - Rusiya lideri diqqətə çatdırıb.

Elvin Mahmudlu
Leqal.info