“İran Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yeni mərhələsini dəstəkləyir”.

Leqal.info IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani bildirib.

Onun sözlərinə əsasən, Cənubi Qafqaz regionu rəsmi Tehran üçün böyük əhəmiyyət kəsb edir.

"İran qonşuları arasında fikir ayrılıqlarının aradan qaldırılması məqsədilə sülh prosesini dəstəkləyir", - Kənani diqqətə çatdırıb.

Elvin Mahmudlu
Leqal.info