Rusiya müdafiə naziri Sergey Şoyqu Şimali Koreyaya səfər edəcək.

Leqal.info xəbər verir ki, bu barədə Şimali Koreyanın dövlət mediası məlumat yayıb.

27 iyul Koreya Müharibəsi barışığının 70-ci ildönümü tədbirlərində iştirak etmək üçün bu həftə Rusiyadan hərbi nümayəndə heyətinin Pxenyana səfər edəcəyi bildirilib.

Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına əsasən, nümayəndə heyətinə Rusiyanın müdafiə naziri Sergey Şoyqu başçılıq edəcək.

Leyla Kamil
Leqal.info