ABŞ, NATO və Ukrayna Rusiya ilə danışıqlardan imtina edirlər.

Leqal.info xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ikinci Rusiya-Afrika sammitinin plenar iclasında bildirib.

Onun sözlərinə əsasən, münaqişə Rusiyanın təhlükəsizliyinə ABŞ və NATO alyansı tərəfindən təhdidlərin yaradılması üzərində qurulub.

Rusiya Prezidenti vurğulayıb ki, ABŞ və NATO bütün ölkələr üçün bərabər təhlükəsizliyin təmin edilməsi məsələsində Rusiya ilə danışıqlardan imtina edir və Ukrayna Prezidenti Vladimir Zelenski danışıqların qeyri-mümkünlüyünü qanuniləşdirib.

“Bütün ziddiyyətlər danışıqlar yolu ilə həll edilməlidir, ancaq problem ondadır ki, onlar bizimlə danışıqlardan imtina edirlər. İndiki Ukrayna rejimi bizimlə danışıqlardan imtina edir. Bu, rəsmi olaraq elan edilib və Ukrayna Prezidenti bu məsələ ilə bağlı müvafiq fərman qəbul edib”, - Putin diqqətə çatdırıb.

Elvin Mahmudlu
Leqal.info