Leqal.info xəbər verir ki, bu barədə Türkiyə XİN “Twitter“də məlumat yayıb.
Qeyd olunub ki, Ankarada keçirilən görüşdə tərəflər ölkələrarası iqtisadi əməkdaşlığı, ticarət dövriyyəsi həcminin 15 milyard dollara çatdırılması hədəfini, enerji sahəsində əməkdaşlığın mühüm tərkib hissəsi olan TANAP layihəsinin imkanlarının genişləndirilməsini müzakirə ediblər.
XİN rəhbərləri, eyni zamanda yeni geosiyasi proseslər fonunda Türk Dövlətləri Təşkilatının (TDT) rolu, Cənubi Qafqazda baş verən son hadisələr barədə fikir mübadiləsi aparıblar.
“Güclü Türkiyə güclü Azərbaycandır! Güclü Azərbaycan güclü Türkiyədir!”, - deyə Nazirlik vurğulayıb.
Leyla Kamil
Leqal.info