Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı baş tutub.

Leqal.info xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Qeyd olunub ki, telefon danışığı qarşı tərəfin təşəbbüsü ilə baş tutub. Danışıq əsnasında Cənubi Qafqazda baş verən proseslər və bu kontekstdə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, Qara Dəniz Taxıl Təşəbbüsünün canlandırılması, Qara dənizin təhlükəsizliyi və NATO-nun genişlənməsi müzakirə edilib.

Leyla Kamil
Leqal.info