Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib.

Leqal.info xəbər verir ki, bu barədə XİN-in “X” səhifəsində paylaşım edilib.

“Müstəqillik Günü münasibəti ilə qardaş Pakistan xalqına və hökumətinə ən xoş və ən səmimi arzularımızı çatdırırıq. Biz ikitərəfli əlaqələrimizi, o cümlədən strateji tərəfdaşlığımızı genişləndirməyi səbirsizliklə gözləyirik. Müstəqillik Gününüz mübarək!”, - paylaşımda əks olunub.

Leyla Kamil
Leqal.info