General-mayor Kirill Kulakov Qarabağdakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı təyin olunacaq.

Leqal.info xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak“ qəzeti teleqram kanallarına istinadən məlumat yayıb.

Qeyd edək ki, bir müddət öncə Ermənistan mətbuatı hərbi kontingentin rəhbərliyində dəyişiklik edilməsi ilə bağlı məlumat yayıb və bildirilib ki, indiki komandan general-polkovnik Aleksandr Lentsov artıq Qarabağı tərk edib.

Xatırladaq ki, Lentsov bu ilin aprelin 25-də Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı təyin olunmuşdu.

Elvin Mahmudlu
Leqal.info