Leqal.info xəbər verir ki, bu barədə rəsmi “Twitter“ hesablarında paylaşım edilib.
Xarici işlər naziri Ceyhun Bayramov bu günü Türkiyənin qəhrəmanlıq təcəssümü adlandırıb: “Bu gün qardaş Türkiyənin İstiqlal Savaşındakı əzm və qəhrəmanlığı ilə əldə edilmiş şanlı qələbəsinin təcəssümü olan Zəfər Bayramının 101-ci ildönümü qeyd olunur. Bu münasibətlə təbriklərimi çatdırır, şəhidlərimizin müqəddəs xatirəsini dərin ehtiramla anıram”.
Xarici İşlər Nazirliyinin paylaşımında isə 30 avqust İstiqlal savaşının taleyinin həll olunduğu gün kimi vurğulanıb:
“Qardaş tarixinin şanlı səhifələrindən biri olan, İstiqlal savaşının taleyini həll edən 30 avqust Zəfərinin 101-ci ildönümündə, bu qələbənin memarları olan Qazi Mustafa Kamal Atatürkü və onun silahdaşlarını hörmətlə anırıq”.
Leqal.info