Ermənistanın Rusiyanın bəzi xadimlərini ölkəyə buraxmaması ölkələr arasında qarşılıqlı əlaqələrə ziyan vurur.

Leqal.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İrəvanda keçirilən “Rusiya-Ermənistan media forumu”nun iştirakçılarına ünvanladığı müraciətdə bildirib.

Zaxarova vurğulayıb ki, erməni xalqının qarşılaşdığı bütün bəlalara görə Rusiyanı ittiham etməklə erməni və rus xalqları arasında düşmənçilik və nifrət yaratmaq cəhdləri qəbuledilməzdir.

“Moskva və İrəvan onilliklər ərzində məhsuldar şəkildə əməkdaşlıq edib. Biz ən ağır anlarda qardaş erməni xalqına kömək etmişik. Rusiya Prezidenti Vladimir Putinin şəxsi təşəbbüsü sayəsində 2020-ci ildə müharibə dayandırıldı.

Rusiya Prezidenti bütün səylərini göstərdi ki, 9 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat imzalansın və bu, Bakı ilə İrəvan arasında sülhə müvəffəq olmaq və münasibətləri normallaşdırmaq istiqamətində görüləcək işlər üçün möhkəm bünövrə oldu”, - deyə Zaxarova qeyd edib

Qeyd edək ki, İrəvanda 6-8 sentyabr tarixlərində birinci “Rusiya-Ermənistan media forumu” keçirilir.

Elvin Mahmudlu
Leqal.info

Elvin Mahmudlu
Leqal.info